AZ

Tulin yumruğa görə cəzalandırıldı - Elektron qolbaq taxılacaq

Xuliqanlıqda ittiham olunan kikboksçu Tulin Ələkbərovanın mühakiməsi başa çatıb.

“Qafqazinfo”nun əldə eldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm açıqlanıb.

Tulin kafelərdən birində mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunub. Zərərçəkmişin şikayəti əsasında kikboksçu cinayət məsuliyyətinə cəlb edilib.

Bu əməlinə görə Tulinə 2 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yumşaldıcı hallar vəziyyəti dəyişib.

Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb. Tulinə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə cihazın işləkliyinə nəzarət və digər qaydalara əməl etmək öhdəliyi qoyulub.

Sail Ağasəlim

Seçilən
30
23
qafqazinfo.az

10Mənbələr