Bu ilin yanvar-iyun aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 46 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin iyun ayında qeyd edilən regiondan ölkəyə 10 mindən çox xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2024-cü ilin iyun ayına nisbətdə 19 faiz, cari ilin may ayına nisbətdə isə 1,4 faiz çoxdur.
2025-ci ilin yanvar-iyun aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
Birləşmiş Krallıq – 2459
Almaniya – 2364
İtaliya – 1132
İspaniya – 606
Fransa – 570
Niderland – 529
İsveç – 413
Avstriya – 313
Yunanıstan – 300
Portuqaliya – 292