AZ

Avropa çempionu 7-ci divizion klubu ilə müqavilə bağladı

BAKI. 30 iyul. TELEQRAF

İspaniyanın 7-ci divizionunda çıxış edən "Rayo Sanlukenyo" klubu 2008-ci ilin Avropa çempionu Dani Quisa ilə müqavilə bağlayıb.

Teleqraf xəbər verir ki, 44 yaşlı ispaniyalı hücumçu 1 illik sözləşməyə imza atıb.

Quisa 2024/2025 mövsümündə 5-ci divizionun "Rotenya" komandasında çıxış edib.

Əvvəllər isə o, Türkiyənin "Fənərbağça", İspaniyanın "Barselona", "Kadis", "Malyorka" və "Xetafe" kimi tanınmış klublarının formasını geyinib. Təcrübəli forvard İspaniya millisində 21 oyuna 6 qol vurub.

Seçilən
2
teleqraf.com

1Mənbələr