AZ

Orta ixtisas təhsili müəssisələrinə 2024-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları nəşr edildi

"Abituriyent" jurnalının 3-cü nömrəsində 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.

“Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2024-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışda isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib.

Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 31 iyul - 7 avqust tarixlərində elektron formada aparılacaq.

Seçilən
6
8
teleqraf.com

10Mənbələr