“Beşiktaş”ın futbolçusu Jedson Fernandeş Rusiyanın “Spartak” klubuna keçir.
Msport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün artıq Moskvadadır.
İstanbul klubu 26 yaşlı futbolçunun transfer hüququnun 50 faizini 10 milyon avro qarşılığında “Benfika”dan alıb. Bu isə o deməkdir ki, futbolçunun satşından gələn gəlir Portuqaliya klubu ilə bölünəcək. Fernandeş “Spartak”a 20+5 milyon avroya satılıb.
Qeyd edək ki, 2022-ci ilin yayından “Beşiktaş”da çıxış edən Jedson Fernandeş 130 oyuna 18 qol vurub, 16 qol ötürməsi edib.