Türkiyənin hüquq-mühafizə orqanları Krasnoqorskda “Crocus City Hall” konsert zalında 149 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı cinayət işi üzrə axtarışda olan şəxsləri Rusiya müstəntiqlərinə təhvil verə bilər.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, iş üzrə 115 zərərçəkmişin maraqlarını təmsil edən vəkil İqor Trunovun qeyd etdiyi kimi, axtarışda olan terrorçulardan biri terror aktını törədən Məhəmmədsobir Faizovun qardaşıdır.
Bütün müttəhimlər "Crocus"-a hücumdan əvvəl Rusiya Federasiyasını tərk edərək Türkiyəyə qaçıblar: pizza mizza
"Türkiyə hüquq-mühafizə orqanları terror aktı işi üzrə bütün təqsirləndirilən şəxsləri, o cümlədən terror aktının bilavasitə icraçısı Məhəmmədsobir Faizovun qardaşını Rusiya Federasiyasına ekstradisiya edə bilər. Bu işdə "Krokus" terror aktı işi üzrə müttəhim Umedcon Soliyev axtarışa verilib. O, Tacikistanda da quldurluqda təqsirləndirilir”.
Vəkilin sözlərinə görə, Faizovun qardaşı İŞİD üzvüdür.
Telegram kanalımız