AZ

Rusiyada sunamidə ölən var? - AÇIQLAMA

Saxalin qubernatoru sunaminin üç dalğasından sonra itkilər və dağıntılar olmadığını açıqlayıb.

Milli.Az xəbər verir ki, Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib ki, baş verən üç sunami dalğasından sonra nə insan tələfatı, nə də ciddi dağıntı qeydə alınıb.

Limarenko bu barədə "Rossiya 24" telekanalının efirində məlumat verib. Onun sözlərinə görə, üçüncü sunami dalğası digərlərindən daha güclü olub. Yeraltı təkanlar və su basqınları nəticəsində elektrik xətlərinin zədələndiyi ehtimal olunur. Lakin bölgədə işıqların kəsilməsi səbəbindən dağıntının miqyasını dəqiq müəyyən etmək çətindir.

Qubernatorun sözlərinə görə hazırda Saxalin rəhbərliyinin birinci müavini Şimal-Kurilskə göndərilib və orada bərpa işlərini təşkil edəcək. Limarenko vurğulayıb ki, təbii fəlakətdən sonra bölgənin əvvəlki vəziyyətinə qaytarılması üçün bütün tədbirlər görüləcək.

Xatırladaq ki, Kuril adalarını güclü zəlzələdən sonra sunami dalğaları vurub. Kamçatkada qeydə alınan yeraltı təkanların maqnitudası 8,7 olub. Bu, son onilliklərdə Uzaq Şərqdə baş verən ən güclü zəlzələ hesab olunur. Zəlzələdən sonra Saxalində də güclü təkanlar qeydə alınıb və Şimal-Kurilsk rayonunda fövqəladə vəziyyət rejimi elan edilib.

İslam
Milli.Az

Seçilən
40
milli.az

1Mənbələr