Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə “Sumqayıt”la müqaviləsini uzadıb. Yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2 illik artırılıb.
Ötən mövsümün sonunda Səbuhi komandadan ayrılacaqlar siyahısında önlərdə idi. Türkiyənin I Liqası və Azərbaycan Premyer Liqasından bir neçə təklifi olan Abdullazadə yekunda “kimyaçılar”da qalmaq qərarını verib.
Xüsusilə “Neftçi”nin ciddi marağı olmasına baxmayaraq, Səbuhinin “ağ-qaralar”a keçidi alınmayıb. “Neftçi” ilə yanaşı, “Zirə” də yarımmüdafiəçini transfer etmək istəyənlər arasında olub. “Sumqayıt” oyunçunun məvacibini artırmaqla onu razı sala bilib.
23 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın yetirməsidir. O, Azərbaycan yığmasında 4 oyuna çıxıb.