
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” bu gün “Şelburn”la (İrlandiya) cavab oyununa çıxacaq.
Yeniavaz.com xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb.