Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Daimi Arbitraj Məhkəməsində (Permanent Court of Arbitration) Ermənistan əleyhinə təxminən 1,5 milyard dollar məbləğində iddialar üzrə məhkəmə işlərinə baxılır.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.
Mənbə qeyd edir ki, hazırda 5 məhkəmə iddiası qüvvədə qalır.
Bu iddialar aşağıdakı şirkətlər tərəfindən irəli sürülüb:
Walnord Finance Limited, Amulsar Investor Ventures LLC, Sanitek С.a.r.l., Sari Haddad & Elias Doumet və Air Arabia.
Sonuncu iş Ermənistanın Milli Maraqlar Fondu (ANIF) ilə bağlıdır. Bu iş dövlət fondunun müflisliyi və vəsaitlərin mənimsənilməsi ilə əlaqəlidir.
Eyni zamanda bildirilir ki, Ermənistan hökuməti iki işi udub, onlardan biri Rasia FZE adlı investisiya şirkəti ilə bağlı olub.
Qeyd edək ki, Daimi Arbitraj Məhkəməsi dövlətlər və investorlar arasında beynəlxalq mübahisələri arbitraj yolu ilə həll edir.
Bizim.Media