AZ

THY təyyarəsini duman bürüdü! Böyük təhlükə – sərnişinlər təcili təxliyə olundu

THY

Türk Hava Yollarının İctimaiyyətlə Əlaqələr rəhbəri Yahya Üstün bildirib ki, İstanbul–Antalya marşrutu üzrə uçan THY təyyarəsi Antalya hava limanına enərkən, təyyarənin eniş təkərləri hissəsində duman müşahidə olunub və dərhal yanğınsöndürmə xidmətləri müdaxilə edib.Hadisə zamanı sərnişinlər təhlükəsizlik tədbiri olaraq təcili şəkildə təyyarədən təxliyə olunub.“TEXNİKİ NASAZLIQ HİDROLİK BORUDA BAŞ VERMİŞDİ”Yahya Üstün sosial şəbəkə hesabında hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, dumanın səbəbi təyyarənin hidrolik borusunda baş verən texniki nasazlıq olub. Hadisə nəticəsində heç bir sərnişin xəsarət almayıb.Üstün qeyd edib:“TK2430 saylı İstanbul–Antalya reysi ilə uçan və TC-LKF qeydiyyatlı Boeing 777 təyyarəmiz normal eniş etdikdən sonra taksi zolağında eniş təkərlərində duman müşahidə olunub. Yanğınsöndürmə xidmətlərinin (ARFF) tövsiyəsi ilə ehtiyat tədbiri olaraq təxliyə slaydı açılaraq sərnişinlərin təxliyəsi həyata keçirilib. Təxliyə vaxtında və təhlükəsiz baş tutub, heç bir xəsarət qeydə alınmayıb. Hadisə ilə bağlı texniki araşdırma başladılıb. İlkin araşdırmaya görə, duman hidrolik sistemdəki texniki nasazlıqdan qaynaqlanıb. İctimaiyyətə hörmətlə çatdırılır.”Ulusum.az

Diqqət Çəkənlər

"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir

Yəməndə gərginlik: ABŞ gəmiləri təhlükədədir?

Paytaxtda dəhşət – 22 yaşlı gəlin qətlə yetirildi

Seçilən
7
ulusum.az

1Mənbələr