AZ

Qarabağ” “Şelburn”u qəbul edir – YENİLƏNİR

“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda evdə İrlandiyanın “Şelburn” klubu ilə qarşılaşacaq.

Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. 

Bu komandalar arasında ilk oyunda Azərbaycan çempionu səfərdə 3:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, cütün qalibi 3-cü mərhələdə “Şkendiya” (Şimali Makedoniya) – FKSB (Rumıniya) (ilk oyun – 1:0) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Şelburn” (İrlandiya)

Baş hakim: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina.

VAR: Daniele Doveri.

AVAR: Daniele Paterna.

Tofiq Bəhramov adına Respublika Stadionu.

İlk oyun – 3:0.

Seçilən
9
1
idmanxeber.az

2Mənbələr