Yazını böyüt
Yazını kiçilt
ABŞ-nin Fremont şəhərində yerləşən, odun tullantılarından yanacaq qranulları istehsal edən "Horizon Biofuels" zavodunda güclü partlayış baş verib və zavod, sözün əsl mənasında, bir neçə hissəyə parçalayaraq darmadağın edib.
Hafta.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, partlayışın səsi hadisə yerindən bir neçə kilometr aralıda eşidilib. Hakimiyyət orqanları 6 kilometr radiusdakı ərazini təhlükəsizlik məqsədilə mühasirəyə alıb.