Sea Breeze

ABŞ-nin “Apple” şirkəti ilk dəfə Çindəki brend mağazasını bağlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “21st Century Business Herald” nəşri məlumat yayıb.

Çinin şimal-şərqində yerləşən Dalyan şəhərindəki “Apple”ın mağazası avqustun 9-da bağlanacaq. Şirkət bağlanma səbəbini açıqlamayıb. Dalyandakı mağaza 2015-ci ilin oktyabrında açılıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Apple” şirkətindən “iPhone” istehsalını ABŞ-yə köçürməyi tələb edib və əks halda rüsum tətbiq edəcəyi ilə hədələyib. Eyni zamanda, D.Tramp Çin mallarına 145%-lik tarif tətbiq edib və yaxın həftələrdə elektronika məhsulları üçün ayrıca tariflərin qüvvəyə minəcəyi gözlənilir. Bu qərarlar “Apple”ın istehsalının 90%-dən çoxunun Çində həyata keçirilməsi fonunda şirkət üçün ciddi problemlər yaradıb

ETX
ETX
ETX