10 yaşlı Aytən Şirin qızı Qurbanovanın sağlamlığına qovuşması üçün dəstəyinizə ehtiyacı var.
Bu barədə Ölkə.Az-a azyaşlının anası Gədəbəy rayon sakini Ülviyyə Yusifova müraciət edib. O deyib ki, qızı anadangəlmə bud-çanaq oynağının ikitərəfli çıxığı displaziyası xəstəsidir, eyni zamanda belində lordoz xəstəliyi var:
“Bu günə kimi 4 dəfə ağır əməliyyat keçirib. Sonuncu əməliyyatı iyulun 17 də özəl klinikada baş tutub. Çanaqlarında olan implantlar və millər çıxarılıb. Qızım 4 gün əvvəl evdə ehtiyatsızlıqdan yıxılıb sol çanağını çox pis yerdən sındırıb. Vəziyyəti çox ağırdır, təcili əməliyyat olunmalı, çanağına implant qoyulmalıdır. Qızımın əməliyyatı özəl klinikalardan birində baş tutacaq və bunun üçün 3000 manat lazımdır. Maddi imkansızlığa görə bu məbləği toplaya bilmirik. Əlimizdə olan son pulu da bu ayın 17-də keçirdiyi əməliyyata ödədik. Artıq borc almağa belə adam qalmayıb. Xahiş edirəm Allah xatirinə mənim qızıma kömək edin”, - deyə ana söyləyib.
Kapital bank: 4169 7388 1605 2538