AZ

910 nəfər yaşamaq üçün növbə gözləyir - Respublikamızda

Azərbaycanda 910 nəfər orqan transplantasiyası üçün növbə gözləyir.

Bu barədə “Report”a Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

“Böyrək transplantasiyası üçün növbə gözləyənlərdən 18-i uşaq, 280 nəfəri böyükdür.

Bununla yanaşı, qaraciyər transplantasiyası üçün 5 uşaq, 118 böyük, sümük iliyi transplantasiyası üçün 371 uşaq, 93 böyük, buynuz qişa transplantasiyası üçün isə 2 uşaq, 23 böyük hazırda növbə gözləyir”, - məlumatda qeyd olunub.

Seçilən
7
sportinfo.az

1Mənbələr