AZ

Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edən Türkiyə vətəndaşı həbs edilib

Bakı.Trend:

Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edən Türkiyəvətəndaşı həbs edilib.

Trend-inməlumatına görə, aprelin 4-də saxta sənədlərlə TürkiyədənAzərbaycana keçməyə cəhd edən türk vətəndaşının məhkəməsikeçirilib.

Belə ki, təqsirləndirlən şəxs qanunsuz olaraq AzərbaycanRespublikasına gəlmək üçün özünün anket məlumatları və öz fotoşəklidaxil edilməklə Türkiyə Respublikasına məxsus pasportu qəsdən,qanunsuz olaraq əldə edib.

O, 4 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası DövlətSərhəd Xidmətinin Sədərək rayonunda yerləşən “Sədərək” sərhədnəzarəti məntəqəsinə gəlib. Həmin gün saat 20:20 radələrində saxtapasportu sərhəd nəzarətinə təqdim etməklə qanunsuz olaraq TürkiyəRespublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhdedib.Llakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətininəməkdaşları tərəfindən saxlanıldığı üçün cinayət əməlini başaçatdıra bilməyib.

Sədərək rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci, 320.2-ci vəmaddələri ilə ilə təqsirli bilinərək 11 ay müddətinə azadlıqdanməhrum etmə cəzasına məhkum edilib.

Seçilən
3
1
az.trend.az

2Mənbələr