AZ

FED-in qərarından əvvəl ABŞ fond bazarlarında eniş davam edir - İndekslər

İyulun 29-da ABŞ fond bazarlarında əsas indekslərdə azalma müşahidə edilib.

"APA-Economics" xəbər verir ki, Dow Jones indeksi 0,46% azalaraq 44 632,99 bənd təşkil edib. S&P 500 indeksi 0,30% geriləyərək 6 370,86 bəndə düşüb.

Nasdaq Composite indeksi 0,38% azalaraq 21 098,29 bəndə, NYSE Composite indeksi isə 0,29% azalaraq 20 761,56 bəndə enib. Yeganə artım Kanada birjasında qeydə alınıb – S&P/TSX Composite indeksi 0,49% yüksələrək 27 539,88 bəndə çatıb.

Avropa fond bazarlarında isə əksinə, artım müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,78% artaraq 5 379,20 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,60% artaraq 9 136,32 bəndə, Almaniyanın DAX indeksi 1,03% artaraq 24 217,37 bəndə, Fransanın CAC 40 indeksi 0,72% artaraq 7 857,36 bəndə və İspaniyanın IBEX 35 indeksi 0,90% artaraq 14 370,20 bəndə yüksəlib.

Analitiklər qeyd edirlər ki, ABŞ bazarındakı azalmalar əsasən texnologiya və sənaye sektorlarındakı korreksiyalarla izah olunur. İnvestorlar həmçinin Federal Ehtiyat Sisteminin faiz siyasətinə dair yeni siqnalları və gəlir mövsümündə açıqlanacaq nəticələri gözləyirlər. Avropada isə iqtisadi dirçəlişə dair optimist göstəricilər və inflyasiya tempinin zəifləməsi investor əhvali-ruhiyyəsini dəstəkləyib.

Seçilən
13
apa.az

1Mənbələr