2026-cı ildə ABŞ-da keçiriləcək dünya çempionatının püşkatma mərasiminin vaxtı və məkanı bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Tədbirinin dekabrın 5-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcəyi bildirilib. Püşk təxminən 17,5 min tamaşaçının yerləşdiyi dünyanın ən böyük sferik quruluşu olan Sfera zalında atılacaq.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək olacaq. Mundiala ABŞ, Kanada və Meksika ev sahibi edəcək. Bu turnirdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.