AZ

"“Səsiniz olaq” layihəsi rəqəmsal inklüzivliyin bariz nümunəsidir" - Cəsarət Hüseynzadə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti istifadəyə verilib.

QHT.az xəbər verir ki, mövzu ilə bağlı “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, bu təşəbbüs informasiya əlçatanlığı və hüquqların təmininə yönəlmiş inklüziv yanaşmanın bariz nümunəsidir:

"Əlilliyi olan şəxslərin informasiya əlçatanlığı və hüquqlarının təmininə yönəlmiş bu xidmət, inklüziv cəmiyyətin qurulmasında mühüm addımdır. “Səsiniz olaq” layihəsi eşitmə və nitq məhdudiyyətli şəxslərlə ictimai qurumlar arasında baryerləri aradan qaldırır və onların cəmiyyətə tam inteqrasiyasını dəstəkləyir. Bu təşəbbüs rəqəmsal inklüzivliyin bariz nümunəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitq məhdudiyyətli şəxslərə dəstək məqsədi daşıyan daha bir inklüziv layihəni gerçəkləşdirib. Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti istifadəyə verilib."

 

Pərvanə Fərhadqızı

Seçilən
11
qht.az

1Mənbələr