AZ

Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi

BAKI, 30 iyul. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan məzuniyyətə çıxmamışdan əvvəl komanda üzvlərinə Rusiya ilə bağlı tapşırıq verib.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

“Əldə etdiyimiz məlumata görə, Paşinyan məzuniyyətə getməzdən əvvəl komanda yoldaşlarına rusları çox da sıxışdırmamağı, məsələni gündəmdə saxlamağı, amma mülayim davranmağı tapşırıb. Bu göstəriş hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qərbyönlü qanadı tərəfindən çox ciddi qəbul edilib və onlar şəxsi söhbətlərində baş nazirin onları bir kənara atıb, yenidən Rusiyanın qucağına sığınacağından qorxurlar”, - erməni nəşri bildirib.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr