Rusiyanın Uzaq Şərq bölgəsində 8.8 bal gücündə güclü zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, yeraltı təkanlar Saxalin bölgəsində hiss olunub. Təsir gücü olduqca yüksək olan zəlzələ bir sıra binalarda silkələnməyə səbəb olub. Xüsusilə əməliyyat zamanı həkimlərin sarsıntı qarşısında təmkinli davranaraq prosesi davam etdirməsi diqqət çəkib. Hadisə zamanı hər hansı ölüm və ya xəsarət barədə məlumat verilməyib.
Zəlzələ ilə bağlı yerli hakimiyyət orqanları tərəfindən araşdırma başladılıb. Eyni zamanda əhali mümkün təkrar təkanlara qarşı xəbərdar edilib və ehtiyat tədbirləri görülüb. Toyuqlu pizza
Mütəxəssislər zəlzələnin mərkəzinin dənizdə olduğunu və sunami təhlükəsinin olmadığını bildiriblər. Sosial şəbəkələrdə yayılan görüntülər isə hadisənin miqyasını və insanların yaşadığı gərginliyi aydın şəkildə göstərir.
Aytac Əliyeva
Telegram kanalımız