Ajans.az xəbər verir ki, Hindistandan ABŞ bazarına gətirilən mallara 25 faizlik gömrük rüsumu tətbiq ediləcək. Bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bəyan edib. Onun sözlərini TASS agentliyi sitat gətirib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət razılaşmasının hazırlanması hələ başa çatmayıb. Məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıran Ağ Evin rəhbəri bildirib ki, "Hindistan yaxşı dost olub", lakin bu ölkə, demək olar ki, digər bütün dövlətlərdən daha yüksək gömrük rüsumları tətbiq edib. Trampın sözlərinə görə, onun hakimiyyətə gəlməsi ilə bu siyasətə son qoyulmalıdır. Bundan əvvəl proqnoz edilmişdi ki, Hindistan, Çin və Türkiyə kimi ölkələrlə yanaşı, Ukraynada hərbi əməliyyatların dayandırılmasını tələb edən Vaşinqtonun Rusiyaya qarşı təhdid etdiyi ikinci dərəcəli sanksiyaların əsas hədəflərindən birinə çevrilə bilər. Rusiya Dövlət Duması hesab edir ki, əgər Hindistan ABŞ-ın təzyiqlərinə boyun əyərsə və Rusiyadan enerji resurslarının alınmasından imtina edərsə, onun iqtisadiyyatı çökə bilər.