AZ

Xaçmazda motoblok piyadanı vuraraq öldürüb

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonunun Çinartala kəndində baş verib.

Belə ki, Faiq Əhmədov idarə etdiyi motoblokla hərəkətdə olduğu zaman piyada Qəmər Əhmədovanı vurub, nəticədə o, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də CM-in 267.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
46
4
apa.az

5Mənbələr