AZ

“A-N Group”un rəhbərinə “stop” qoyuldu

Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “A-N Group” şirkəti ilə bağlı məhkəməyə müraciət edib. 

Valyuta.az-ın məlumatına görə, qurum ərizəsində göstərib ki, şirkətin dövlət büdcəsinə 2 532,3 manat borcu var.

Bununla bağlı vergi ödəyicisinə bildirişlər göndərilsə də, borc ödənilməyib. Qurum ərizəsində borc ödənilədək “A-N Group” şirkətinin rəhbərinə “stop” qoyulmasını xahiş edib. 

İşə Bakı Kommersiya Məhkəməsində Kənan Hüseynovun sədrliyi ilə baxılıb. Hakim qurumun ərizəsini təmin edib. 

“A-N Group” şirkəti 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Şirinov Tural Vaqif oğludur. 

Hüseyn

Seçilən
15
valyuta.az

1Mənbələr