Kamçatka sahillərində son onilliklərin ən güclü zəlzələsi nəticəsində yaranan sunami təhlükəsindən sonra 2700-ə yaxın insan, o cümlədən 600-ə yaxın uşaq Kuril adalarında təhlükəsiz ərazilərə təxliyə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, zəlzələnin yaratdığı sunami Rusiya Coğrafiya Cəmiyyətinin (RGS) çadır düşərgəsinə ciddi ziyan vurub, ərazini su basıb.
Məlumata görə, iyulun 30-da səhər saatlarında bölgədə 8,7 bal gücündə zəlzələ baş verib və bu, 1952-ci ildən bəri ən güclü zəlzələdir. Səlahiyyətlilər bir sıra afterşoklar qeydə alıb.
Gülayə Mecid