ABŞ prezidenti Donald Tramp ABŞ-a gələn Ukrayna vətəndaşlarının Rusiya-Ukrayna silahlı münaqişəsi bitənə qədər ölkədə qalmasına icazə vermək niyyətində olduğunu bildirib...
Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Jurnalistlərin ukraynalılara sığınacaq alıb-almayacağı ilə bağlı suallarını cavablandıran Amerika lideri "Bəli. İnanıram ki, alacağıq", deyib.
Siyasətçinin sözlərinə görə, ABŞ-a çoxlu Ukrayna vətəndaşları gəlir və Amerika hakimiyyəti onlarla işləyir.
Aprel ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-nin maliyyələşdirməsini dayandırdığı üçün cəbhəyanı ərazilərdən təxliyə edilən ukraynalılara humanitar yardımı azaltdığı bildirilmişdi.
Poliqon.info