AZ

Həmkəndlisini qətlə yetirib, bir nəfəri də yaraladı - Şəkidə dəhşət

Şəkidə 39 yaşlı kişi həmkəndlisini qətlə yetirib, bir nəfəri isə yaralayıb. 

'"Unikal"ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Baş Göynük kəndində qeydə alınıb. 

Belə ki, 39 yaşlı Paşa Yusibov kəsici alətlə həmkəndlisi, 38 yaşlı Dəyanət Həşimovu qətlə yetirib. Sözügedən şəxs daha sonra  24 yaşlı Bünyad Babazadəyə xəsarət yetirib. 

Cinayətdə şübhəli bilinən P.Yusibov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli

Seçilən
68
3
unikal.az

4Mənbələr