Yazını böyüt
Yazını kiçilt
Leypsiq şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində Bundesverin iki hərbi qulluqçusu həlak olub.
Hafta.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. Nazirin sözlərinə görə, helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb. Hərbçilərin cəsədləri axşam saatlarında tapılaraq çaydan çıxarılıb.
Bir nəfər hələ də itkin sayılır. Onun axtarışları və qəzanın səbəblərinin araşdırılması davam etdirilir.