Venesuelanın Bolivar Milli Silahlı Qüvvələrinin (FANB) döyüşçüləri Amazonas əyalətinin cəngəlliklərində hərbi təyyarə qəzasında sağ qalan üç nəfəri xilas ediblər.
Publika.az xəbər verir ki, bu barədə VTV dövlət telekanalı məlumat yayıb.
"FANB möcüzəvi şəkildə təyyarənin göyərtəsində olan üç nəfəri xilas edə bilib", - məlumatda deyilir.
Qeyd edək ki, AMB4292 nömrəli “Karvan” təyyarəsi Puerto Ayakuço şəhərindən havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib. Ştat qubernatoru Migel Rodriquez, Bolivar Respublikası Hərbi Hava Qüvvələrinin 9-cu Nəqliyyat Qrupuna aid olan təyyarənin göyərtəsində ən azı 10 nəfərin, o cümlədən tibbi personal, ekipaj üzvləri və tibbi müayinədən keçdikdən sonra evlərinə qayıdan Yanomami yerli sakinlərinin olduğunu söyləyib.