AZ

Kamçatkada zəlzələnin maqnitudası 8,7 yə çatıb

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kamçatkada baş verən zəlzələnin gücü müxtəlif hesablamalara görə 8,7 bal gücünə çatıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının Telegram kanalında bu, 1952-ci ildən bəri ən güclü zəlzələdir deyə bildirilir.

“Kamçatka seysmik fokus zonasında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Müxtəlif hesablamalara görə, maqnituda 8,7-yə çatıb. Bu, şübhəsiz ki, əlamətdar hadisədir”, - deyə hesabatda deyilir.

Bildirilir ki, ocağın cənub-qərbdən 20 iyul 2025-ci il və 17 avqust 2024-cü il tarixlərində baş verən zəlzələlərin ocağına bitişik olduğu qeyd edilir. Yarılma dərin dəniz xəndəyinin oxu boyunca cənub-qərb istiqamətində ən azı 200 km yayılıb.

Alimlər bu seysmik hadisəni klassik subduksiya zəlzələsi hesab edirlər, onların fikrincə, ocaqdan sürpriz gözlənilmir. Petropavlovsk-Kamçatskidəki yeraltı təkanların intensivliyi, ilkin hesablamalara görə, azı 6 bal olub. Severo-Kurilskdə Kamçatka sahillərində təhlükəli güclü sunami müşahidə olunub.

Kamçatkada saat 11:26-da (Moskva vaxtı ilə 02:26) güclü təkan baş verib. Region rəhbərinin qərarı ilə Petropavlovsk-Kamçatskidə iş günü qısaldılıb. 1 saylı şəhər uşaq poliklinikasının binasına ziyan dəydiyi üçün iş dayandırılıb. Şəhərdə tıxaclar, yanacaqdoldurma məntəqələrində növbələr, elektrik enerjisində və mobil internet kəsilmə olub, insanlar küçələrə axışıb.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr