AZ

ABŞ-DƏ MİLLİ FUTBOL LİQASINA HÜCUM EDİLİB » AzadMedia.az

ABŞ-DƏ

ABŞ-ın Nyu-York şəhərində iyulun 28-də baş vermiş silahlı hücumla bağlı yeni təfərrüatlar ictimaiyyətə açıqlanıb. Park Avenue-də yerləşən çoxmərtəbəli ofis binasında baş verən atışmada 4 nəfər həlak olub, 1 nəfər ağır yaralanıb. Hadisəni törədən 27 yaşlı Şeyn Tamura adlı şəxs daha sonra özünü öldürüb.

Nyu-York Polis Departamentinin Komissarı Cessika Tiş hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Tamura hadisədən əvvəl cibində əl yazması ilə yazılmış bir məktub daşıyırmış. Həmin məktubda hücumçu xroniki travmatik ensefalopatiyadan (CTE) əziyyət çəkdiyini və bu halın NFL-in məsuliyyətsizliyi nəticəsində baş verdiyini yazıb. O, liqanı beyin zədələrinin fəsadlarını gizlətməkdə ittiham edib.

Araşdırmalar göstərir ki, Tamura əslində NFL-in baş ofisini hədəf alıb, lakin səhv liftə minərək başqa mərtəbəyə gedib. Nəticədə hücum qeyri-müəyyən ofis sahəsində baş verib.

Hadisə zamanı o, BMW markalı avtomobildən düşərək, M4 tipli avtomatik tüfənglə binaya daxil olub. Girişdə qarşısına çıxan Nyu-York polis əməkdaşı, 36 yaşlı Didarul İslamı güllələyib.

Tamura daha sonra lobbidəki bir qadını və təhlükəsizlik işçisini güllələyib, ardınca 33-cü mərtəbəyə çıxaraq orada bir nəfəri də qətlə yetirib. Son olaraq, koridorda özünü güllələyərək həyatına son qoyub.

Araşdırmalar zamanı onun avtomobilində rifl qutusu, revolver, əlavə daraqlar və güllələr tapılıb. Binada təhlükəsizlik tədbirləri gücləndirilib və hadisə yerinə yalnız istintaq orqanlarının əməkdaşlarına giriş icazəsi verilib.

Binada maliyyə nəhəngi Blackstone, digər şirkətlər və NFL-in baş ofisi yerləşir. Hücumdan sonra bina istintaq üçün bağlanıb.

Seçilən
18
1
azadmedia.az

2Mənbələr