Vatikan bu günlərdə katolik dünyasının ən önəmli hadisələrindən birinə – Gənclər Yubileyi tədbirlərinə ev sahibliyi edir. Bu münasibətlə dünyanın müxtəlif ölkələrindən təxminən 120 min gənc zəvvar Müqəddəs Pyotr meydanında bir araya gəlib. Tədbirin əsas məqsədi gənclər arasında mənəvi birliyi gücləndirmək, sülh və ümid mesajlarını paylaşmaqdır.
Açılış mərasiminin sonunda gözlənilməz hadisə baş verib. Tədbirin protokolunda yer almasa da, Katolik Kilsəsinin hazırkı rəhbəri Papa XIV Leo popemobillə meydana daxil olaraq gənclərlə birbaşa təmas qurub.
20 dəqiqəyə yaxın davam edən bu rəsmi olmayan çıxış zamanı Papa, Müqəddəs Pyotr bazilikasının önündə qurulan səhnədən gənclərə qısa, lakin təsirli bir müraciət ünvanlayıb. ONları “dünyanın ehtiyac duyduğu ümid və sülh işıqları” adlandırıb.
Çıxış zamanı Papa üç dildə – ispan, ingilis və italyan dillərində danışaraq qlobal birlik və həmrəyliyə çağırış edib.
Qeyd edək ki, Papa XIV Leo rəsmi protokola əsasən yalnız yubileyin əsas mərhələsi – şənbə günkü vigil mərasimi və bazar günkü kütləvi ayin zamanı iştirak edəcəkdi.
Tədbir çərçivəsində növbəti günlərdə müxtəlif dini və mədəni proqramlar planlaşdırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta