
Prezident Donald Tramp ölkəyə gələn Ukrayna vətəndaşlarının hərbi əməliyyatlar bitənə qədər ABŞ-da qalmalarına icazə veriləcəyini açıqlayıb.
Reyting.az “Reuters”ə istinadla bildirir ki, ABŞ prezidenti bunu Ağ evdə jurnalistlərlə söhbətində deyib.
O, müharibənin şiddətindən ABŞ-a gələn ukraynalıların əməliyyatlar bitənə qədər ölkəsində qalmalarına icazə verəcəyini bildirib:
“Bəli. Düşünürəm ki, biz bunu edəcəyik”.
ELÇİN