İspaniyanın 7-ci divizionunda çıxış edən Rayo Sanlukenyo hücumçu Dani Quizanı transfer edib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı ispaniyalı ilə 1 illik müqavilə imzalanıb.
2024/25 mövsümündə Quiza İspaniyanın 5-ci divizionunda Rotenha komandasında çıxış edib.
O, daha əvvəl "Fənərbaxça", "Barselona", "Kadis", "Malyorka" və "Xetafe"də çıxış edib. O, İspaniya millisində də 21 oyun keçirib və 6 qol vurub.