ain.az bildirir, Oxu.az portalına istinadən.
Qvatemalada 5.6 bal gücündə zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri 11 500 nəfər əhalisi olan Ateskatempa şəhərindən 10 km cənub-qərbdə və Salvadorun 176 000 əhalisi olan Santa-Ana şəhərindən 27 km şimal-qərbdə, 8 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində bir nəfər həyatını itirib, 20-dən çox binaya ziyan dəyib. Bu barədə Qvatemala Bələdiyyə və Departament Yanğınsöndürənlərinin Milli Assosiasiyası (ASONBOMDGT) "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Assosiasiyanın məlumatına görə, ən çox Xutiapa departamentinin San Migel kəndi zərər çəkib.
"San Migel kəndi, Xutiapa departamenti. İlkin məlumatlara görə, ən azı 20 evə ciddi ziyan dəyib. İki zərərçəkən orta dərəcəli xəsarətlər alıb, bir yaşlı insan həlak olub", - idarədən bildirilib.
Bir neçə ailə evlərini tərk etmək məcburiyyətində qalıb. Səlahiyyətlilər zərərçəkənlərə müvəqqəti sığınacaq və lazımi yardım göstərmək üçün səfərbər olublar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.