AZ

Trampın Şotlandiyada qolf medyançası istifadəyə verildi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Şotlandiyaya 5 günlük səfərinin sonunda Aberdin şəhəri yaxınlığında öz şirkətinə məxsus qolf meydançasını təntənəli şəkildə açıb.

Oxu.Az bu barədə "Fox News" telekanalına istinadla xəbər verir.

Mərasimdə prezidentin oğulları Erik Tramp və kiçik Donald Tramp iştirak ediblər.

Meydança ABŞ prezidentinin Şotlandiyada doğulmuş anası Meri Enn Maklud Trampın şərəfinə "MacLeod Course" adlandırılıb.

18 dəlikli meydançanın tikintisi 2023-cü ildə başlanıb və avqustun 13-də ziyarətçilərin üzünə açılacaq.

Tramp ilk qolf klubunu 1999-cu ildə Floridada açıb. Hazırda onun ABŞ, İrlandiya, Şotlandiya, İndoneziya, Oman və BƏƏ-də olmaqla 19 qolf klubu fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
2
oxu.az

3Mənbələr