AZ

ABŞ-ın bir sıra ştatlarında sunami xəbərdarlığı edilib

Vaşinqton, 30 iyul, AZƏRTAC

Rusiyanın Şərqində baş vermiş güclü zəlzələdən sonra ABŞ-ın Alyaska ştatında, Havay adalarında və ölkənin qərb sahillərində sunami xəbərdarlığı edilib.

AZƏRTAC-ın məlumatına görə, ABŞ Geoloji Xidmətinin açıqlamasına əsasən, 8,7 bal gücündə zəlzələ Rusiyanın Kamçatka yarımadasından 140 km uzaqlıqda 19 km dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra Alyaskanın Aleut adaları və Havay adaları üçün sunami xəbərdarlığı elan edilib. Kaliforniya, Oreqon və Vaşinqton ştatları da sunami ilə bağlı xəbərdarlıq altındadır. Milli Hava Xidməti ərazidə yaşayan əhalini xəbərdarlıq verildiyi təqdirdə təxliyəyə hazırlaşmağa və hava xəbərdarlığına əməl etməyə çağırıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
7
46
azertag.az

10Mənbələr