AZ

Qvatemalada baş verən zəlzələdə bir nəfər ölüb

Qvatemalada baş verən zəlzələ nəticəsində ən azı bir nəfər ölüb, 20-dən çox yaşayış evinə ciddi ziyan dəyib.

"Report"un xəbərinə görə, bu barədə Qvatemala Bələdiyyə və Departament Yanğınsöndürənlərinin Milli Assosiasiyası məlumat yayıb.

"San-Migel kəndi, Hutiapa departamenti. İlkin məlumatlara görə, ən azı 20 evə ciddi ziyan dəyib. Orta dərəcəli xəsarət alan iki şəxsə yardım göstərilib, bir qocanın ölümü təsdiqlənib", - yanğınsöndürənlər assosiasiyası qeyd edib.

Onlar əlavə ediblər ki, bir neçə ailə evlərini tərk etmək məcburiyyətində qalıb. Səlahiyyətlilər zərərçəkənlərə müvəqqəti sığınacaq və lazımi yardım göstərmək üçün tədbirləri koordinasiya edir.

Seçilən
43
2
report.az

3Mənbələr