AZ

Avropa İttifaqında ən çox miqrant həyatı yaşayan rumınlardır

Bakı. Trend:

Hazırda Avropa İttifaqına üzv ölkələrdə 3,1 milyondan çox rumınvətəndaşı yaşayır ki, bu da ölkə əhalisinin 16,28 faizini təşkiledir. Bu göstəriciyə görə Rumıniya Aİ-də birinci yeri tutur.

Trend xəbər verir ki,statistikaya əsasən, siyahının ikinci pilləsində 570 mindən çoxvətəndaşı digər Aİ ölkələrində yaşayan Xorvatiya (14,9 faiz)qərarlaşıb. İlk üçlüyü isə 753 min vətəndaşı (11,68 faiz) xaricdəolan Bolqarıstan tamamlayır.

Qeyd edilir ki, Aİ-də daxili miqrantların ən az olduğu ölkələrMalta (0,92 faiz), Fransa (0,91 faiz) və Almaniyadır (0,9faiz).

Məlumatda vurğulanır ki, Rumıniya diasporu ölkə əhalisininəhəmiyyətli hissəsini təşkil edir və iqtisadi, siyasi proseslərəmühüm təsir göstərir. 2025-ci ilin fevralına olan məlumatlaraəsasən, ümumilikdə 5,7 milyon rumın ölkə hüdudlarından kənardayaşayır. Onların əsas hissəsi İtaliyada (1,1 milyon), İspaniyada (1milyon), Böyük Britaniyada (1 milyonadək), Almaniyada (800 min) vəABŞ-da (460 min) məskunlaşıb.

Seçilən
4
5
az.trend.az

6Mənbələr