BAKI, 30 iyul. TELEQRAF
Fransanın kurort şəhəri çimərlikdən başqa hər yerdə yarışılpaq gəcəm şəxslərə cərimə tətbiq edib.
Teleqraf xəbər verir ki, Fransanın Atlantik okeanı sahilindəki Vendee bölgəsindəki Les Sables-d'Olonne səlahiyyətliləri, şəhərin ətrafında "yarıçılpaq" gəzənlərə 150 avroya qədər pul cəzası tətbiq etdiklərini açıqladılar.
Mer Yannik Moreau yarıçılpaq kişi turistlərin “ədəbsiz davranışını” tənqid edib.
"Bu, insanların öz şəhərlərində yarıçılpaq gəzməsini istəməyən yerlilərə hörmət məsələsidir. Bu, həm də bazarlarımızda, mağazalarımızda və küçələrimizdə əsas gigiyena qaydasıdır" - deyə, mer yazıb.