AZ

ƏLİ KƏRİİMLİNİN STRİPTİZ BORUSU VƏ...BİZİM NÜVƏ DÖVLƏTİMİZ

…Bu günlərdə “AXCP” sədri Əli Kərimlinin iki xarici nəşrdə yayımlanmış fikirləri ilə tanış oldum və onun siyasi mahiyyətinin nə qədər keyfiyyətsiz, həm cari, həm də strateji məntiqinin nə qədər dayaz olduğuna növbəti dəfə heyrətləndim. İxtisasın hüquqşünas ola, 40 ilə yaxın siyasətlə məşğul olduğunu zənn edəsən, hətta təsadüfən bir il iqtidarda təmsil ounmağı da bacarasan, amma beynin xroniki qısa-qapanmalardan bu gün də əziyyət çəkə. Nəinki planetar, nəinki regional, heç hövzə miqyasında belə düşünməyə, dərk etməyə yaşın çatmaya. 61 yaşına çatsan da. 

 

Mən Ə.Kərimlinin xarici media vasitələrinə verdiyi son müsahibələrdəki ayrı-ayrı fraqmentlər üzərində dayanmayacam: sadəcə özünü “axşambazarı piştaxtasına” çıxaran, “ay müştəri, aşağı yerim də var!” deyə əcnəbi ovcuna, yad qucağa ucuzcasına haraylanan bir vücud sahibinin nə qədər ikrahdoğurucu olmasından bəhs edəcəm. 

 

Məntiqsizlikdən əzab çəkən beyin sahibinin hər iki müsahibədə təxminən eyni suala verdiyi cavablara baxaq. Sualın tərzi, müəllifin seçdiyi təhkiyədə işim yoxdur. Elə Sizdən də ricam başqadır. Baxın: adi sual bir antimilli kəsi necə açır!? 

 

Beləliklə, sual: “Cənab Kərimli, Yekaterinburqda (Rusiya) baş verən kütləvi və amansız həbslər zamanı iki azərbaycanlının öldürülməsindən sonra İlham Əliyev Vladimir Putinlə qarşıdurma yolunu seçdi. Siz bu məsələdə Əliyevi dəstəkləyirsinizmi?”

 

Və Əli Kərimlinin cavabı: “Dəstək" burada yəqin ki, düzgün ifadə deyil. Əliyev rejiminin dəstək verəcəyim heç bir yanı yoxdur”. 

 

Bu cavabdan sonra Əli K. rəhmətlik Tağı Əhmədovun təbiri ilə-hara nə etsə, artıqdır. Çünki o öz dövlətini, öz xalqını dəstəkləmədiyini açıq etiraf edir!

 

-Bəli, bu Əli Kərimlinin, onun kimilərin anti-Azərbaycan mövqeyidir! 

 

-Bəli, Əli Kərimli həmin o düşərgənin nümayəndəsidir ki, rəhbərliyində təmsil olunduğu iqtidarla Birinci Qarabağ müharibəsini rüsvayçılıqla uduzmuşdu. İndi açıq mətnlə-Qələbənin müəllifini, Prezident İlham Əliyevi dəstəkləmədiyini deyir. Amma eyni zamanda “Biz ərazi bütövlüyümüzü bərpa etmişik və Ermənistana qarşı ərazi iddialarımız yoxdur”- deyə özünü zəfər sahiblərinə şərik qoşur. 

 

Bu kəs həm 44 günlük müharibə, həm antiterror əməliyyatı zamanı güruhdaşları ilə birgə müqəddəs savaşı hər yolla gözdən, xalqı ruhdan salmağa çalışırdı. İndi isə “biz ərazi bütövlüyümüzü bərpa etmişik” deyir. Baxmayaraq ki, ərazi bütövlüyünün bərpa edilməsinə Əli Kərimli və güruhunun heç bir dəxli yoxdur! Özünü bu gün guya Rusiya şovinizminə qarşı çıxan qüvvələrin önündə təqdim etməyə çalışan Ə. Kərimli unutmamalıdır ki, 1992-ci ildə “Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi olmamalıdır!” deyən, bununla da dövlət müstəqilliyimizin, suverenliyimizin üstündən xətt çəkməyə hazır olan iqtidarın əsas simalarından idi. 

 

Başında onun da olduğu AXC-Müsavat iqtidarı B.Yeltsinlə o sazişi hətta paraflamışdı!!!

 

Biz unutmamışıq! 

 

Mən unutmamışam! 

 

Biz şahidik! 

 

Mən şahidəm! 

 

Ağalarına, sahiblərinə hər fürsətdə: “Vətəni lap ucuz qiymətə satıram! Məni gətirin, məndən alın!” deyən bu adamın idrak saatı 90-cı illərdə yatıb qalıb. 

 

Bu yerdə, 2001-ci ildə qaragüruha ünvanladığım “Qaranquşlar, sərçələr” adlı açıq məktubumdan bir misal gətirirəm: “Sizdən əlimi üzmüşəm. Bilirsiniz nə vaxt? 2001-ci ilin baharından. O zaman ki, Ki-Uest danışıqları gedirdi və dövlətə kömək lazım idi. Heydər Əliyev danışıqlarda “Azərbaycanda Qarabağ mövzusunda iqtidar-müxalifət yoxdur. Mənə xalqın təzyiqi var. Güzəştə gedə bilmərəm” deyəndə. Dəstək üçün mitinq lazım idi... Bax, o zaman içində siz də olan “demokratik düşərgə” bu mitinqdən boyun qaçırdınız. Hansısa səfirliyin əmri ilə. Azərbaycana lazım olan mitinqi etmədiniz!!! Və biz müxalifətin əslində nədən və kimdən ibarət olduğunu anladıq”. Sitatın sonu. 

 

Yenə də o-durlar! O-dur! Yenə də səfirliklər, yenə də xarici media. 

Yenə də özgə qapılarında. 

Yenə də özünü striptiz borusuna toxuyur. Hansısa ehtirasa səbəb olmaq ümidi ilə. Amma alınmır! Striptiz üçün 61 yaş çox keçmişdir. 

 

Azərbaycan Dövləti isə tarixinin ən məsuliyyətli zamanını yaşayır. Öz müstəqilliyini nüvə dövlətlərindən belə qorumağa qadirdir. Çünki özü nüvə Dövlətidir! Nüvəsindəki Dövlətdir!


Seçilən
9
senzor.az

1Mənbələr