Vaşinqton administrasiyası iddia edir ki, Birləşmiş Ştatlar Rusiya və onun ticarət tərəfdaşlarına qarşı mümkün yeni sanksiyaların tətbiqinin bütün potensial mənfi nəticələrini, o cümlədən ABŞ-nin özünün maraqlarına zərər verə biləcək sanksiyaları nəzərə alıb...
Poliqon xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brus deyib.
O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp kortəbii qərarlar qəbul etmir və belə nəticələr, o cümlədən Vaşinqtonun maraqlarına zidd olanlar əvvəldən nəzərə alınıb və ABŞ lazımi tədbirlər görməyə hazırdır.
Brus təsdiqləyib ki, ABŞ hökuməti Rusiyaya qarşı sanksiyalar rejimini sərtləşdirmək imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, sanksiyalar, o cümlədən ikinci dərəcəli sanksiyalar mütəmadi olaraq müzakirə olunur, çünki müəyyən ölkələr Rusiya neftinin alınmasından faydalanır. Lakin onun sözlərinə görə, qərar prezidentin səlahiyyətindədir.
Brus həmçinin Trampın Ukrayna böhranı ilə bağlı səbirli olduğu fikrini də ifadə edib. O, prezident Trampın ciddi insan olduğu üçün ona ciddi yanaşmaq lazım olduğunu açıq şəkildə sübut etdiyini və bunun nəticələrinin bütün dünyada göründüyünü vurğulayıb. Brus həmçinin əlavə edib ki, prezident problemləri ilk növbədə diplomatiya yolu ilə həll etməyə çalışır.
Poliqon.info