AZ

ABŞ neft hasilatını artıra bilər

Rusiya və onun ticarət tərəfdaşlarına qarşı tariflərin tətbiqi qlobal enerji bazarlarında fasilələrə səbəb olarsa, ABŞ neft hasilatını artıracaq.

Bakues.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Aberdindən Vaşinqtona gedərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Mən bundan narahat deyiləm”, – ABŞ lideri neft bazarlarının mümkün destabilizasiyasını şərh edərkən deyib.

“Ölkəmizdə o qədər neft var ki, biz hasilatı bir az da artıracağıq. Yəni, hazırda neftin qiyməti olduqca aşağıdır”, – o bildirib.

Tramp, həmçinin qeyd edib ki, rüsumların tətbiqi ilə bağlı etdiyi xəbərdarlıqlarla bağlı Rusiya tərəfdən heç bir cavab almayıb.

“Bu, ayıbdır”, – ABŞ prezidenti əlavə edib.

Seçilən
30
2
icma.az

10Mənbələr