Tehran Şəhər Prokurorluğu İran Prezidenti Məsud Pezeşkianın karikaturasını çəkən Hadi Heydəri barəsində cinayət işi açıb.
“Qafqazinfo” bu barədə “Tasnim”ə istinadən xəbər verir.
Məlumata görə, Pezeşkiana qarşı tənqidi məzmun daşıyan karikatura rəssamın sosial şəbəkə hesabında paylaşıldıqdan sonra böyük qalmaqala səbəb olub.
Bildirilib ki, Hadi Heydəri prokurorluğa çağırılıb.
Qeyd edək ki, həmin karikaturada Prezident Məsud Pezeşkian üzərinə “birlik” yazılmış uzunqulağı tərsinə minmiş vəziyyətdə göstərilib.
Fotoda Hadi Heydəri

