Böyük Britaniyanın baş naziri Keir Starmer Fələstin radikal HƏMAS qruplaşmasının terror fəaliyyətini təşviq edir...
Poliqon xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Starmer HƏMAS-ın dəhşətli terrorunu təşviq edir və onun qurbanlarını cəzalandırır. O vurğulayıb ki, İsraillə sərhəddə bugünkü cihadçı dövlət sabah Britaniyanı təhdid edəcək.
İyulun 30-da Britaniyanın müxalif Mühafizəkarlar Partiyasının lideri Kemi Badnok bildirib ki, baş nazir Keir Starmer sentyabrda Fələstin dövlətçiliyinin tanınmasının mümkünlüyü ilə bağlı bəyanatlarııyla Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına töhfə vermir.
Poliqon.info