Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ekvadordan olan gənc qız ölümündən bir neçə saniyə əvvəl "TikTok" yayımında qatilinin adını çəkib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "Metro" nəşri məlumat yayıb.
28 yaşlı Keyla Andreina Qonsales Merkado qətl günü ən yaxın rəfiqəsi və Manuel adlı bir gənclə görüşünü "TikTok" platformasında canlı yayımlayıb.
Yayım zamanı o, bu sözləri deyib:
"Başımdan iki dəfə güllə ilə vur, Manuelito, amma indi yox. Əgər məni öldürməyə hazırlaşırsansa, elə et ki, heç nə hiss etməyim. Əziyyət çəkmək istəmirəm".
Hadisədən az sonra onun qətlə yetirildiyi bildirilib.
Polis cinayətin baş vermə səbəblərini və əsas şübhəlinin harada olduğunu müəyyənləşdirmək üçün istintaq tədbirlərini davam etdirir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.