AZ

İstanbulda fabrikdə güclü yanğın baş verib

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulun Çekmeköy rayonunda süngər fabrikində yanğın baş verib.

Oxu.Az-ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, fabrikdə hələ məlum olmayan səbəbdən başlayan yanğın sürətlə yayılıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən, polis və tibb işçiləri cəlb olunub.

Partlayışların da qeydə alındığı yanğın zavodun transformator sisteminə ziyan vurub. Yanğınla əlaqədar bəzi ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Yanğınsöndürənlər yanğını nəzarət altına almaq üçün səylərini davam etdirirlər.

İstanbulda fabrikdə güclü yanğın baş verib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
oxu.az

1Mənbələr