AZ

Qazaxıstan Prezidenti türk şirkətlərini Orta Dəhliz infrastruktur layihələrində iştirak etməyə dəvət edib

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hazırda Qazaxıstanda təxminən 4 minə yaxın türk şirkəti fəaliyyət göstərir. Onlarla birlikdə ümumi dəyəri 6 milyard ABŞ dollarını aşan bir sıra layihələr həyata keçirilib.

APA Akordanın mətbuat xidmətinə istinadən, xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu layihələr enerji, tikinti, sənaye, kənd təsərrüfatı, infrastruktur, tibb, turizm və digər mühüm sahələri əhatə edir. Qazaxıstanın Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 2,5 milyard dollardan artıqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
2
apa.az

5Mənbələr