AZ

Cəlilabadda yeni tarixi abidə aşkarlanıb

Cəlilabad rayonunda yeni tarixi abidə – qədim yaşayış yeri aşkarlanıb.

Bakues.az xəbər verir ki, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun baş elmi işçisi, Muğan Neolit-Eneolit ekspedisiyasının rəhbəri, Vəfa Mahmudova məlumat verib.

Onun sözlərinə görə, sözügedən yaşayış yeri Əliköməktəpə abidəsinin yaxınlığında yerləşir.

“Abidədən topladığımız yerüstü materiallar onun neolit və enolit dövrünə aid olmasını sübut edir. Abidəni şərti olaraq, yerləşdiyi həyatyanı sahənin sahibinin adına uyğun olaraq Rəsultəpə qoymuşuq” – deyə V. Mahmudova əlavə edib.

Seçilən
19
9
icma.az

10Mənbələr